Dünya futbolu

İdman nazirinin müavini Messiyə çağırış etdi: Çıx üzr istə

Argentinanın idman nazirinin müavini Xulio Qarro milli komandanın kapitanı Lionel Messidən, eləcə də ölkə futbol assosiasiyasının (AFA) prezidenti Klaudio Tapiadan Fransa millisinə yönəlmiş irqçi şüarlara görə üzr istəməsini tələb edib.

“Düşünürəm ki, milli komandanın kapitanı çıxıb bu hadisəyə görə üzr istəməlidir. Eyni şey AFA prezidentinə də aiddir. Düşünürəm ki, bu doğrudur”, – deyə TN Qarrodan sitat gətirib.

İrqçi mahnı Argentina milli komandasının oyunçuları tərəfindən Kolumbiya ilə Amerika Kubokunun finalında qazandıqları qələbədən (1:0) sonra səsləndirilib. Kuboku qazanmasını qeyd edən argentinalı futbolçu Entso Fernandes sosial şəbəkədə canlı yayıma açıb. O və komanda yoldaşları oxuyublar: “Onlar Fransa üçün oynayırlar, amma hamısı Anqoladandırlar”.

Aut.az