Dünya futbolu

Deşam onun geyiminə lağ etdi: Tyuram zarafatı başa düşmədi

Bazar ertəsi Didye Deşam Fransa milli komandasının oyunçularını İsrail və Belçika ilə Millətlər Liqası matçları üçün “Kalerfontenedə qarşılayıb.

Aut.az xəbər verir ki, fransız çalışdırıcı bəzi futbolçularla geyimləri ilə bağlı zarafat da edib.

“İnter”in hücumçusu Markus Tyuramın motosikletçi kostyumuna bənzəyən geyimi Deşamın diqqətini çəkib. O, futbolçunun “Louis Vuitton”dan olan dəri gödəkçəsinə işarə edərək deyib:

“Dünən Montsa dairəsində idin, elə deyilmi?”, – Deşam Tyuramın  MotoGP yarışçısı kimi geyindiyini görəndə böyük təbəssümlə soruşub.

Amma futbolçu onun yumorunu anlamayıb və belə cavab verib:

“Xeyr, biz şənbə günü evdə oynadıq”.

Yalnız komanda yoldaşları gülməyə başlayandan sonra Tyuram işin nə yerdə olduğunu anlayıb.

Fransa Millətlər Liqası matçlarını müvafiq olaraq oktyabrın 10 və 14-də İsrail və Belçika ilə keçirəcək.

Aut.az