Dünya futbolu

Ronaldo vurdu və Haalandı geridə qoydu

Dekabrın 22-də Səudiyyə Ərəbistanı çempionatında 18-ci turun 3 oyunu baş tutub.

Aut.az xəbər verir ki, “Əl-Ahdoud” “Əl-Şəbab”ı 1:0, “Əl-Əhli” isə səfərdə “Əl-Hazem”i 4:0 hesabı ilə məğlub edib.

Günün mərkəzi qarşılaşmasında “Əl-Nəsr” “Əl-İttifaq”a 3:1 hesabı ilə qalib gəlib.

Bu matçda meydan sahiblərinin 3-cü qolunu 73-cü dəqiqədə penaltini qola çevirən Kriştiano Ronaldo vurub.

İndi portuqaliyalı çempionatda 16 matçda 17 qol vurub və 9 məhsuldar ötürmə edib. O, turnirin bombardiridir.

Həmçinin Kriştiano üçün bu qol 2023-cü ildə 51-ci olub. Yalnız Harri Keyn və Kilian Mbappe daha çox (hər biri 52) qol vurub. Erlinq Haalandın isə 50 qolu var.

“Əl Nəsr” hazırda Səudiyyə Ərəbistanı çempionatında 2-ci yerdədir. Komandanın 17 turdan sonra 40 xalı var. Lider “Əl-Hilal”ın aktivində 50 xalı var və 1 matç daha çox keçirib.

Aut.az