İngiltərə

Niderland yığmasının sabiq ulduzu “Liverpul”da

 “Liverpul” Con Heytinqanın komandanın yeni baş məşqçisi Arne Sloatın məşqçilər korpusuna qoşulduğunu rəsmən açıqlayıb.

Aut.az xəbər verir ki, müqavilənin müddəti göstərilmir.

Heytinqa ötən mövsüm “Vest Hem”in məşqçilər korpusunda yer alıb. 40 yaşlı niderlandlı mütəxəssis buna qədər “Ayaks”ın gənclər və əsas komandalarında baş məşqçi vəzifəsində çalışıb.

Heytinqa futbolçu kimi “Ayaks”, “Atletiko Madrid”, “Everton”, “Fulhem” və “Herta”da çıxış edib. 2004-2013-cü illər arasında Niderland millisində 87 oyun keçirib və 7 qol vurub.

Aut.az