İngiltərə

“Nyukasl” ona görə sanballı təklif gözləyir

Jurnalist Devid Ornşteyn hücumçu Entoni Qordonun mümkün gedişinə “Nyukasl” rəhbərliyinin münasibəti barədə məlumat paylaşıb.

Aut.az xəbər verir ki, 25 yaşlı oyunçu “Arsenal”, “Bayern” və “Liverpul”un diqqətini cəlb edir. Mənbənin sözlərinə görə, istənilən potensial razılaşma tamamilə “sağsağanlar”ın maliyyə tələblərinin yerinə yetirilməsindən asılı olacaq və onun komandadan ayrılması üçün 80 milyon funt sterlinq tələb olunacağı ehtimal olunur.

“The Athletic” qəzeti Ornştey sitat gətirib: “Nyukasl” satışa açıq görünür – amma uyğun qiymətə. Sanballı təklif gözləyirlər”.

25 yaşlı Qordon bu mövsüm 46 matçda 17 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az