“Çelsi” Niderland millisinin üzvünü transfer etdi
“Çelsi” klubu Niderland yığmasının və “Ayaks”ın müdafiəçisi Yorrell Hatonun transferini rəsmən elan edib.
Aut.az xəbər vderir ki, bu barədə klub rəsmi saytı məlumat yayıb.
Məşhur insayder Fabritsio Romanonun bildirdiyinə görə, transferin məbləği 43 milyon avro təşkil edir. Müqavilə 2032-ci ilə qədər nəzərdə tutulub.
Erediviziyanın geridə qalan mövsümündə 19 yaşlı müdafiəçi 31 oyunda iştirak edib, 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Aut.az
