Millətlər Liqasının qalibi müəyyənləşdi
Polşa millisi kişi voleybolu üzrə Millətlər Liqasının qalibi olub.
Aut.az xəbər verir ki, final görüşündə polşalılar İtaliya yığmasını üç setdə məğlub ediblər — 25:22, 25:19, 25:14.
Üçüncü yer uğrunda qarşılaşmada Braziliya və Sloveniya komandaları üz-üzə gəlib. Bərabər səviyyəli mübarizədən sonra qələbə və bürünc medal Braziliya yığmasına qismət olub — 23:25, 25:20, 25:23, 25:19.
Qeyd edək ki, Millətlər Liqasının final mərhələsi Çin şəhəri Ninboda baş tutub.
Aut.az
