İngiltərə

Ferqyuson bu ata görə tarixin ən bahalı ödənişini etdi – FOTO

“Mançester Yunayted”in əfsanəvi keçmiş baş məşqçisi Ser Aleks Ferqyuson özünə bahalı hədiyyə alıb.

Aut.az xəbər verir ki, 82 yaşlı şotlandiyalı açıq hərracda indiyə qədər satılan ən bahalı yarış atının fəxri sahibi olub. Altı yaşlı yarış atının qiyməti 633.000 funt sterlinqdir.

Qeyd edək ki, 2019-cu ildə Darren Yeyts tərəfindən açıq hərracda at üçün ödənilən əvvəlki rekord ödəniş 620 min funt sterlinq olub.

Onu da əlavə edək ki, Ferqyuson çoxdan at yarışlarının həvəskarıdır və məşqçilik karyerasını başa vurduqdan sonra özünü bütünlüklə sevimli işinə həsr edib. Onun atları dəfələrlə böyük turnirlərin qalibi olub.

Ferqyuson bu ata görə tarixin ən bahalı ödənişini etdi – FOTO

Aut.az