Dünya futbolu

PSJ-nin maaş cədvəli: Görün ən az kim alır

PSJ-də futbolçuların aldıqları məvaciblə bağlı məlumat yayılıb.

Aut.az xəbər verir ki, “Le Parisien” qəzetinin jurnalistləri maliyyə məlumatlarını dərc ediblər.

Qeyd olunur ki, komandada ən az qazanan rus qapıçı Matvey Safonovdur. Qapıçının maaşı vergilər çıxılmaqla ayda 250.000 avrodur.

Ən yüksək maaş Usman Dembeleyə məxsusdur. Parislilər “Qızıl top” mükafatının sahibinə ayda 1,56 milyon avro ödəyirlər. Növbəti yerdə müdafiəçi Markinyos (1,13 milyon avro), üçüncü pillədə isə müdafiəçi Əşrəf Hakimidir – 1,1 milyon avro.

Gürcü cinah oyunçusu Xviça Kvaratsxelianın maaşı ayda 900.000 avrodur və o, siyahıda altıncı yerdədir.

Aut.az