“Beşiktaş” onu hədəf aldı
Müdafiənin mərkəzinmi gücləndirmək üçün namizəd axtarışında olan “Beşiktaş” Kiyev “Dinamo”sunun sabiq lideri Aleksandr Draqoviçi hədəf alıb.
Aut.az xəbər verir ki, serbiyalı futbolçu 2021-ci ildən öz ölkəsində “Srvena Zvezda”da çıxış edir. O, Avropa səviyyəli təcrübəli mərkəz müdafiəçisi olmaqla “Beşiktaş” bosslarının özləri üçün təyin etdiyi əsas axtarış kateqoriyalarına uyğun gəlir.
Draqoviçin “Srvena Zvezda” ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub ki, bu da “Beşiktaş” və Serbiya klubu arasında potensial danışıqları asanlaşdıra bilər.
Bu yay “Dinamo”nun Draqoviçi geri qaytarmağa cəhd etdiyi bildirilirdi, lakin futbolçu Ukraynaya qayıtmaq istəmədiyini deyib.
Aut.az
