Ukraynalı futbolçu dənizdə boğuldu
Ukraynalı futbolçu Vyaçeslav Şarper 39 yaşında ad günündə vəfat edib.
Aut.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, futbolçu Yunanıstanın Lutraki şəhərində olub.
O, ad gününü qeyd edib, dənizdə üzüb və boğulub. Onun cəsədi ertəsi gün sudan çıxarılıb.
İdmançının cəsədi hələ də Yunanıstandadır və hazırda onun Ukraynaya qaytarılması üçün tədbirlər görülür. Şarper evli olub və dörd övladı var idi.
Aut.az
