Avropa Liqası

“Qarabağ”ın rəqibindən qələbə

“Qarabağ”ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Vestri” İslandiya I Liqasında növbəti oyuna çıxıb.

Aut.az xəbər verir ki, sözügedən komanda “Aeqir”lə qarşılaşıb. Matç “Vestri”nin qələbəsiylə başa çatıb – 3:2.

“Vestri” çempionatda 16 xalla 4-cü sıradadır.

“Qarabağ” islandlarla ilk oyunu iyulun 9-da Bakıda keçirəcək. Cavab görüşü 16-da səfərdə olacaq.