Valideynləri Portuqaliyanın oyununda – Anası ağladı
Portuqaliya Dünya Kuboku qrup mərhələsinin birinci turunda Konqo Demokratik Respublikası ilə qarşılaşıb.
Aut.az xəbər verir ki, ötən yay vəfat edən Dioqo Jotanın valideynləri oyunu arenadan izləyirlər.
Oyundan əvvəl Portuqaliya himninin səsləndirilməsi zamanı Jotanın şəkli tabloda görünüb. Daha sonra Jotanın valideynləri tribunada görünüblər. Anası göz yaşlarını saxlaya bilməyib.
Diogo Jota 3 iyul 2025-ci ildə yol qəzasında həlak olub. Jota və qardaşının olduğu avtomobil yoldan çıxaraq alovlanıb. Hüquq-mühafizə orqanları nəqliyyat vasitəsinin təkərinin partladığını bildirib.
Aut.az
