“Turan Tovuz”un üzvü oynadı?
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026-nın L qrupunda Qana və Panama milliləri üz-üzə gəlib.
Aut.az xəbər verir ki, Torontoda keçirilən qarşılaşma Qananın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
“Turan Tovuz”un futbolçusu Roderik Miller matçın iştirakçısı olmayıb. Panamanın mərkəz müdafiəçisi sonadək ehtiyat oyunçular skamyasında əyləşib.
