Dünya futbolu

Lunyevin ilk məşqçisi şokdadır: Andreyin şansı yoxdur, orada “Şah” var

Andrey Lunyevin ilk məşqçisi Dmitri Qulenkov qapıçının “Qarabağ”a keçidinə münasibət bildirib.

“Mən şokdayam, sözüm yoxdur! Lunya niyə “Qarabağ”la müqavilə bağlayıb? Orada “Şah” (Şahruddin Məhəmmədəliyev – red.) var axı.

O, yaxşı qapıçıdır, mənim yetirməmdi və öz yerini asanlıqla təslim etməz. Andrey ümumiyyətlə ora niyə getdi? Rəqabət? İki il oynamayıb. Onun orada heç bir şansı yoxdur. Lunyev iki il ərzində iki oyun keçirdi və bütün bu müddət ərzində müalicə olundu. “Zenit”dən ayrılanda özünü itirdi. “Bayer”ə getdi və eniş başladı.

Əgər o hələ də Avropada oynamaq istəyirsə, deməli, iştahası çox yüksəkdir. Biz öz gücümüzü və imkanlarımızı ayıq şəkildə qiymətləndirməliyik.

O, heç bir Avropa komandasından dəvət almayacaq. İki illik fasilə çoxdur. Bəli, çətin ki, Rusiyaya qayıtsın. Çünki ona “Baltika”da “Qarabağ”dakı qədər pul verilməzdi”, – Qulenkov “Sport24”-ün müxbiri Zarina Xalimxonovaya müsahibəsində deyib.

Aut.az