Dünya futbolu

KDÇ-də qeyri-adi hadisə: Futbolçunun otağına gizlicə girdi

ABŞ-də keçirilən klublararası dünya çempionatı zamanı “Fluminense” komandasının yerləşdiyi oteldə qeyri-adi hadisə baş verib.

Aut.az xəbər verir ki, hadisə ötən həftə Cənubi Karolinada baş verib. Komandanın müdafiəçisi İqnasionun otağına evsiz bir şəxs daxil olub. Bu barədə “CNN Brasil” məlumat yayıb.

Otaqdan heç nə oğurlanmayıb, heç kim xəsarət almayıb və əşyalar dağıdılmayıb. Məsələ ilə bağlı yerli polis araşdırma aparır. Həmin şəxs mühafizəçiləri aldatmağa nail olaraq otağa gizli şəkildə daxil olub.

İqnasio vəziyyətdən yalnız otağına daxil olmaq istəyəndə xəbərdar olub. Çünki qapı içəridən kilidli olub. Təhlükəsizlik xidməti qapını açdıqdan sonra futbolçunun yatağında yatan evsiz şəxsi aşkarlayıb.

“Fluminense” və FİFA insidentlə bağlı rəsmi açıqlama verməkdən imtina ediblər.

Aut.az