Ronaldonun qırmızı vərəqəsindən danışdı: Hər şey əslində olduğundan daha pis görünür
Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines komandanın İrlandiyaya (0:2) 2026-cı il dünya çempionatının seçmə oyunundakı məğlubiyyətini şərh edib.
Aut.az xəbər verir ki, o, kapitan Kriştiano Ronaldinun qırmızı vərəqəsi barədə də danışıb.
“Belə bir oyunu unutmaq istəyirsən, amma futbolda bu cür hallar olur. Nə baş verə bilərdisə, pis mənada baş verdi. İrlandiya isə istədiyi hər şeyi edə bildi.
Biz Ronaldo ilə danışdıq. Düşünürəm ki, cərimə meydançasında oynayan belə bir futbolçu üçün vəziyyət çətin olur. Müdafiəçilər daim onunla təmasda idi, onu saxlayırdılar.
Heç bir qəddarlıq yox idi, o, sadəcə rəqibi kənara itələməyə çalışırdı. Sadəcə bəxti gətirmədi. Ekranda hər şey əslində olduğundan daha pis görünür”.
Qeyd edək ki, Portuqaliyalı futbolçu rəqib oyunçunu dirsəyi ilə kürəyindən vurduğu üçün meydandan qovulub. Bu, Ronaldonun yığmadakı karyerasında ilk qırmızı vərəqəsi olub. O, milli komanda üçün 226-cı oyununu keçirirdi.
Aut.az
