“Yunayted” istedadları məhv edir – “Çelsi”nin əfsanəsi
“Çelsi”nin əfsanəsi Ruud Qullit Alexandro Qarnaçonun potensialı haqqında fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, Qullit səbirli olmağa çağırıb və bildirib ki, “Mançester Yunayted”də yaşadığı problemlər oyunçunun inkişafına mane olur.
“O, yaxşı oyunçudur. “Mançester Yunayted”də də belə idi. O, bəzən yaxşı, bəzən də zəif oynaya bilər. Məncə, “Çelsi” ona inanır.
Onu bacardıqca təkan verirlər, uyğunlaşması üçün bir az vaxt verin.
Çox istəyirəm ki, onlar yaxşı oynasınlar. Eyni şey ona, bütün komandaya və bütün oyunçulara aiddir.
Məsələ burasındadır ki, “Mançester Yunayted”dən ayrılan hər kəs yaxşı oyun nümayiş etdirir. Problem əslində “Mançester Yunayted”də ola bilər”, – Qullit deyib.
Aut.az
