Bu, “Liverpul”da “Siti”yə qarşı son oyunum idi: Ona görə də…
Dekabrın 1-də İngiltərə Premyer Liqasının 13-cü turunun “Liverpul” – “Mançester Siti ” oyunundan (2:0) sonra mersisaydlıların oyunçusu Məhəmməd Salah klubla müqaviləsi ilə bağlı vəziyyəti şərh edib:
“Düzünü desəm, hər zaman bu barədə düşünürəm. Hazırda bu, “Mançester Siti”yə qarşı son oyunum idi. Ona görə də hər andan həzz almağa hazırlaşıram.
Atmosfer inanılmaz idi, ona görə də mən burada hər saniyədən həzz alacağam və ümid edirəm ki, biz çempion olacağıq. Ondan sonra nə olacağını görəcəyik”.
“Şəhərlilər”lə oyunda Salah meydanda 84 dəqiqə keçirib və bu müddət ərzində qol vurub və məhsuldar ötürmə verib.
Aut.az
