Bu klub bayram üçün xüxusi forma hazırladı: Məhdud sayda olacaq – FOTO
“Leypsiq” məhdud sayda satışa çıxaracaq məxmər forma kolleksiyasını təqdim edib.
Aut.az xəbər verir ki, yeni formalar Milad bayramına görə hazırlanıb. Forma qırmızı məxmərdən hazırlanıb və klubun loqoları qızılı rəng ilə işlənib.
Almaniya təmsilçisi bu formalardan 2009 ədəd satışa çıxaracaq. Bu rəqəm klubun yarandığı illə bağlıdır. Məhdud buraxılışlı dəstin qiyməti 139,95 avrodur.
Aut.az

