İngiltərə

Onana qapının bu küncünü boş saxladı, Haalanda dedi ki… – FOTO

“Mançester Yunayted”lə “Mançester Siti” arasında keçirilən İngiltərə Superkuboku uğrunda görüşdə maraqlı epizod yaşanıb.

Aut.az xəbər verir ki, penalti seriyası zamanı “Yunayted”in qapıçısı Onana nümayişkaranə surətdə qapının bir küncünü boş saxlayaraq, “Siti”nin hücumçusu Haalanda zərbəni ora vurmağa çağırıb.

Amma Haaland bu çağırışı qəbul etməyib və zərbəni digər küncə vurub. Onana isə boş saxladığı küncə tullanıb.

“Siti” penalti seriyasında qalib gələrək Superkuboku qazanıb.

Onana qapının bu küncünü boş saxladı, Haalanda dedi ki... – FOTO