“Liverpul” rekord müəyyənləşdirdi
“Liverpul” İngiltərə Premyer Liqasının 23-cü turunun “İpsviç Taun”la oyununda (4:1) İngiltərə çempionatında azarkeş rekordu müəyyənləşdirib.
Aut.az xəbər verir ki, “Enfild” stadionunda keçirilən oyunu 60 min 420 tamaşaçı izləyib.
Xatırladaq ki, “Liverpul”un bütün turnirlərdə keçirilən oyunlarında rekord isə 61 905 nəfərdir ki, bu da 1951/1952 mövsümünün İngiltərə Kubokunun 5-ci turunda “Vulverhempton”la görüşdə qeydə alınıb.
Bu mövsüm İngiltərə Premyer Liqasının turnir cədvəlinə “Liverpul” başçılıq edir. Slotun komandası 22 oyundan sonra 53 xala malikdir.
Aut.az
