İngiltərə

“Çelsi”nin stadion dərdi: Sahiblər dil tapa bilmirlər

Londonun “Çelsi” klubu “Erls Kort” və “Vest Brompton” metro stansiyalarının yaxınlığında yeni stadion tikmək istədiyinə dair xəbərlərə baxmayaraq, “Stemford Bris”də qalmaq və tutumunu 55,000-ə çatdırmaq niyyətindədir.

Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Ancaq bu, klubun ortaq sahibi Todd Boulinin direktorlar şurasında yer uğrunda mübarizəni Behdad Eqbaliyə uduzması halında mümkün olacaq .

Bouli “Çelsi”nin 60,000 tutumlu yeni stadiona köçməsini üstün tutur. Eqbali isə 40.000 tamaşaçı tutan “Stemford Bric” stadionunun yenidən qurulmasının tərəfdarı olub.

Mənbə deyir ki, təklif olunan “Erls Kort” layihəsi getdikcə çətin göründüyü halda, cütlük bir-birinin səhmlərini satın almaq istəyir.

Aut.az