İngiltərə

Həddindən artıq şişirdiliblər: Runi hansı komandanı deyir?

“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi İngiltərə Premyer Liqasının 27-ci turunda “Arsenal”a 1:4 hesablı məğlubiyyətdən sonra “Tottenhem”i tənqid edib.

Aut.az xəbər verir ki, onun sözləri BBC tərəfindən yayımlanıb.

Runi hesab edir ki, “Tottenhem” həddindən artıq qiymətləndirilib və turnir cədvəlinin sonunda yer almağa layiqdir.

“Tottenhem” sadəcə çox yaxşı komanda deyil. Onlardan altı böyük klub kimi danışırsınız, amma heyəti bir-bir nəzərdən keçirsəniz, yəqin ki, olmalı olduqları yerdədirlər”, – deyə o bildirib.

Əla infrastrukturlarına baxmayaraq, “Tottenhem” hələ də İngiltərə çempionatında ən yüksək yerlər uğrunda mübarizə apara bilmir.

“Əlbəttə ki, onlar gözəl yeni stadionu və əla məşq meydançası olan böyük bir klubdur, amma düşünmürəm ki, oyunçular turnir cədvəlinin zirvəsində rəqabət aparacaq qədər yaxşıdırlar”, – Runi əlavə edib.

Aut.az