İspaniyaİngiltərə

“Real” “Siti”nin ulduzuna göz dikdi: Peres şəxsən maraqlanır

“Mançester Siti”nin ulduz yarımmüdafiəçisi Bernardo Silva yay transfer pəncərəsində klubu tərk edə bilər.

Aut.az xəbər verir ki, bu mövsüm bitdikdən sonra Silvanın sərbəstqalma maddəsi 50 milyon avro olacaq. Bundan yararlanmaq istəyən klublardan biri də “Real”dır. “Qalactikos”un prezidenti Florentino Peres oyunçu ilə şəxsən maraqlanır. Bu barədə “Daily Star” məlumat yayıb.

Madrid klubu ilə yanaşı, PSJ və “Barselona” da portuqaliyalı futbolçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, bu mövsüm Silva “Mançester Siti”nin heyətində 42 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az