İngiltərə

Premyer Liqa klubu 127 illik tarixində ilk dəfə bunu bacardı

“Bornmut” 2025/26 mövsümünün yekunlarına əsasən UEFA Avropa Liqasına vəsiqə qazanıb.

Aut.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 37-ci turunda “Mançester Siti” ilə 1:1 hesablı heç-heçə edən “albalılar” sona bir tur qalmış 56 xalla 6-cı pillədə qərarlaşıb.

Andoni İraolanın komandası artıq 7-ci yerdən aşağı düşməyəcək. Bu mövqe isə Avropanın nüfuzuna görə ikinci ən böyük klub turnirində iştirak hüququ verir.

Qeyd edək ki, 127 il əvvəl əsası qoyulan “Bornmut” tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

Aut.az