İngiltərədə qalmaqal: “Liverpul” və Kloppu söyən hakim cəzalandırıldı
Premyer Liqa hakim Devid Kutun qeyri-müəyyən müddətə oyundan kənarlaşdırıldığını elan edib.
Aut.az xəbər verir ki, buna səbəb hakimin “Liverpul”u və onun sabiq baş məşqçisi Yurgen Kloppu söydüyü video olub.
Video bir neçə il əvvəl qeydə alınıb və Kut “qırmızılar”ın səkkiz oyununu idarə edib.
Videoda hakim həm komandanın, həm də məşqçinin adına nalayiq ifadələr işlədir, milliyyətini ayrıca vurğulayır.
“Liverpul” hələlik vəziyyəti şərh etməyib, lakin komandanın azarkeşləri artıq Kutun iştirakı ilə keçirilən matçlarda onun rəqiblərin xeyrinə edə biləcəyi məqamlar axtarmağa başlayıblar.
Aut.az
