“Yunayted”in kapitanı təyyarədə huşunu itirən şəxsə belə kömək edib
“Mançester Yunayted”in kapitanı Bruno Fernandes uçuş zamanı huşunu itirmiş sərnişinlərdən birinin xilas edilməsinə kömək edib.
Aut.az xəbər verir ki, bu barədə mediaya futbolçunun yoldaşlarından biri, Suzanne Lavson məlumat verib.
30 yaşlı yarımmüdafiəçi komanda yoldaşı Dioqo Dalotla Mançesterdən Lissabona uçurmuş.
“Uçuş zamanı Bruno təyyarənin arxasındakı tualetə gedib. Birdən biz kömək çığırtısı eşitdik və dönüb baxanda Brunonun huşunu itirmiş kimi görünən bir şəxsi qucağında tutduğunu gördük.
Ekipaj üzvləri köməyə tələsdilər. Arxada boş oturacaq var idi, burada Bruno həmin şəxsin oturmasına kömək etdi. Hər şeyin qaydasında olduğundan əmin olmaq üçün bir müddət onun yanında qaldı. 5-10 dəqiqədən sonra yerinə qayıtdı və özünü çox təvazökar apardı”, – Lavson “Business Cloud”a deyib.
Aut.az
