İngiltərə

Qvardiola onun insani keyfiyyətlərindən məyus olub: Nə baş verir?

Aprelin 4-də belçikalı yarımmüdafiəçi Kevin De Bruyne 2024/2025 mövsümü başa çatdıqdan sonra “Mançester Siti”dən ayrılacağını rəsmən elan edib.

Aut.az xəbər verir ki, “El Nacional”ın məlumatına görə, Kevinlə Londonun “Çelsi” və “Arsenal”, eləcə də “Mançester Yunayted” və “Nyukasl” klubları ilə maraqlanır.

Mənbənin sözlərinə görə, 33 yaşlı futbolçu bu klublardan birinə keçməyə hazırdır. “Man Siti”nin azarkeşləri belə bir qərarı əsl xəyanət hesab etdikləri kimi, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola da futbolçunun insani keyfiyyətlərindən çox məyus olub.

Futbolçunun özü bu yaxınlarda verdiyi müsahibədə “Siti”dən ayrıldıqdan sonra İngiltərədə oynamağa davam edib-etməyəcəyini bilmədiyini bildirib.

2024/2025 mövsümündə Kevin De Bruyne klub səviyyəsində 33 oyun keçirib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib. “Transfermarkt” onun dəyərini 27 milyon avro qiymətləndirir.

Aut.az