“Qızıl topu” alan kimi Morataya yazıb: Bəs deyirdin…
İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri “Qızıl top”u qazanmazdan əvvəl “Milan”ın hücumçusu Alvaro Morata ilə söhbətləri haqqında danışıb.
“Morata mənə dedi: “Həqiqət odur ki, sən axmaqsan. Sosial şəbəkələrin olsaydı, artıq “Qızıl top”u qazanardın.
Qələbədən dərhal sonra ona yazdım: “Bax, “Qızıl top” var, amma sosial şəbəkələr yoxdur”, – Rodrinin sözlərini COPE sitat gətirib.
“Mançester Siti”nin yarımmüdafiəçisi 1960-cı ildən bəri “Qızıl top”u qazanan ilk ispan futbolçu olub. Həmin il mükafat “Barselona”nın yarımmüdafiəçisi Luis Suaresə təqdim edilib.
Aut.az
