İngiltərə

MY yola gəldi, onu buraxdı

Qapıçı Din Henderson “Mançester Yunayted”dən “Kristal Pelas”a keçir.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “Tvitter” hesabında məlumat verib.

Bildirilir ki, müqavilə bağlanıb, futbolçu bu gün, avqustun 27-də tibbi müayinədən keçəcək.

“Mançester Yunayted” əlavə bonuslar daxil olmaqla 23,4 milyon avro alacaq. Əməliyyatda sonrakı satışın faizi ilə bağlı şərt də var.

Din Henderson ötən mövsüm icarə əsasında “Nottingem Forest”də çıxış edib. Qapıçı bütün yarışlarda 20 oyuna çıxıb. “Transfermarkt”  ingilisin dəyərini 18 milyon avro qiymətləndirir.

Aut.az