İngiltərə

“Çelsi” lideri ilə yeni müqavilə imzaladı

“Çelsi” sol cinah müdafiəçisi Mark Kukurelyanın müqaviləsini uzatmaq barədə razılığa gəlib.

Aut.az xəbər verir ki, tərəflər arasındakı hazırkı sözləşmə 2028-ci ilin yayında başa çatır.

London klubunda 27 yaşlı ispaniyadan çox razıdırlar. Onu yalnız meydandakı əsas oyunçulardan biri kimi deyil, həm də paltardəyişmə otağında liderlərdən biri kimi görürlər.

“Çelsi” İspaniya millisi ilə Avro-2024-ün qalibi olan Kukurelyanı 2022-ci ilin yayında “Brayton”dan 65 milyon avroya transfer edib. Ötən mövsüm Mark “zadəganlar”ın heyətində bütün turnirlərdə 54 oyun keçirib, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.