“Yunayted” onu transfer edəcək: 68 milyona
“Mançester Yunayted” “Kristal Pelas”ın yarımmüdafiəçisi Ebereçi Eze ilə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “Manchester Evening” məlumat yayıb.
Mənbənin sözlərinə görə, transfer gələn ilin yayında baş tuta bilər. 26 yaşlı ingilisin londonlularla müqaviləsində 68 milyon funt-sterlinq sərbəst buraxılma maddəsi var ki, bu da 2025-ci ilin yayında aktivləşəcək.
Bu mövsüm Eze bütün yarışlarda 4 oyun keçirib, 2 qol vurub. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 55 milyon avro qiymətləndirir.
Aut.az
