İngiltərəDünya futbolu

Sabiq “Yunayted”li onun “Liverpul”a keçməsini istəmir

“Mançester Yunayted”in keçmiş futbolçusu Luis Saa PSJ-nin hücumçusu Bredli Barkolanın bu yay “Liverpul”a keçməyəcəyinə ümid etdiyini bildirib.

Aut.az xəbər verir ki, “Tribal Football” Saanın sözlərini sitat gətirib:

“Bredli Barkola “Liverpul”da? Bunun baş verməsini istəmirəm, çünki o, İngiltərə futbolunda böyük bir qüvvə olardı. Barkola həqiqətən də rəqiblər üçün çoxlu problem yaratmağa qadirdir, çünki o, çox ağıllı və enerjilidir.

Bredli topla yaxşı davranır və komanda ilə yaxşı əlaqə qurur. O, Kilian Mbappe ilə də eyni şeyi etdi. Dünya Kubokunda, hətta əvəzedici kimi meydana çıxanda belə, çox təsirli idi. orxu göstərmir. Bu oyunçunun böyük gələcəyi var. İnsanlar ona ulduzlarla dolu bir komanda olan PSJ-yə keçərkən şübhə ilə yanaşırdılar, amma o, ardıcıl iki dəfə Çempionlar Liqasını qazandı.

Məhəmməd Salahdan sonrakı dövrdə Barkola “Liverpul” üçün əla transfer olardı, amma onun qırmızı formada oynamasını istəmirəm”.

Aut.az