Alonsoya görə finalın favoriti: Ağlım bir, ürəyim başqa şey deyir
“Çelsi”nin baş məşqçisi Xabi Alonso Argentina və İspaniya arasında keçiriləcək 2026-cı il dünya çempionatının finalı ilə bağlı fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, “Koup” mütəxəssisin sözlərini sitat gətirib:
“Ağıl ispanların finalda favorit olduğunu diktə edir. Amma ürəyim mənə deyir ki, oyun gərgin keçəcək. Artıq Argentina komandasının çətin vəziyyətlərdə öz məharətini göstərdiyini görmüşük. Onların əla xarakteri var”.
İspaniya və Argentina arasında final oyunu 19 iyul bazar günü keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Aut.az
