“Barselona” Super Liqa ilə bağlı mövqeyini dəyişib: Səbəb bəllidir
“Barselona” UEFA-dakı dəyişiklikləri alqışlayıb və artıq Super Liqa ideyasını təbliğ etmir.
Aut.az xəbər verir ki, bu barədə RAC1 məlumat yayıb
Bildirilir ki, “Barselona” ilə UEFA arasında münasibətlər xeyli yaxşılaşıb. Klub Çempionlar Liqasındakı son islahatlardan razıdır.
Kataloniyalılar təşkilatın islahat tələblərinə reaksiyasını, xüsusən də rəqabət iştirakçıları üçün daha faydalı olan yeni gəlir bölgüsü sistemini yüksək qiymətləndiriblər.
Bu baxımdan, “Barselona” hesab edir ki, hələlik Superliqanın xeyrinə gözlənilən növbəti əlverişli məhkəmə qərarına baxmayaraq, yeni turnirin yaradılmasını dəstəkləməyin mənası yoxdur.
Aut.az
