Dünya futbolu

Milli üzvünün klubunda yeni baş məşqçi

Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven”in yeni baş məşqçisi açıqlanıb.

Aut.az xəbər verir ki, Niderland təmsilçisinin sükanı Villem Veysə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Veys bu postda bir müddət əvvəl istefaya göndərilən Rob Pendersi əvəzləyib.

“Eyndhoven” ötən mövsümü 8-ci sırada bitirib və Erediviziyaya vəsiqə qazana bilməyib.