Dünya futbolu

Məşhur irland siftəni bu ölkədə edəcək

Təl-Əviv “Makkabi”si yeni baş məşqçisinin adını açıqlayıb.

Aut.az xəbər verir ki, komandanı bundan sonra irlandiyalı mütəxəssis Robbi Kin çalışdıracaq.

“Makkabi” ilə Kin arasındakı müqavilə 2 mövsümlükdür. Yaxın günlərdə 42 yaşlı məşqçi İsrailə gələrək klubla mövsümöncəsi məşqlərə başlayacaq.

Bu, əvvəllər “Lids”, “Midlsbro” və İrlandiya yığmasında köməkçi olmuş Kinin baş məşqçi kimi ilk işidir.

Aut.az