Dünya futbolu

Adı əbədiləşdirilir – Deyir ki…

Lionel Messinin adı Argentina millisinin bazası ərazisində tikilən yeni kompleksə veriləcək.

Aut.az xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia danışıb.

“Yeni kompleksin üç mərtəbəsi Argentina milli komandaları üçün nəzərdə tutulub. Biz təlim və tibb mərkəzləri tikmək niyyətindəyik. Kompleksdə, həmçinin müxtəlif bərpa obyektlərinin və 360 nəfərlik auditoriyanın yerləşməsi nəzərdə tutulur. Kompleks Lionel Andres Messinin adını daşıyacaq”, – deyə Argentina Futbol Assosiasiyasının mətbuat xidməti rəsmi saytda Tapiadan sitat gətirir.

“Bu, mənim üçün çox vacibdir. 20 ildən artıqdır ki, bu məkanı ziyarət edirəm və burada çətin anlarda mənə kömək edən xüsusi bir enerji hiss edirəm. Sevinirəm ki, bu yerin bir hissəsi mənim adımı daşıyacaq. Mən, insanlara sağlığında dəyər verilməli olduğuna inananlardan biriyəm”, – deyə Messi bildirib.

Aut.az