Gözünü Azərbaycanla oyuna dikib
İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç evdə Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə danışıb.
Aut.az xəbər verir ki, “Milan”ın formasını geyinən forvard Belçika ilə oyunu xatırlayıb:
“Sabahkı qarşılaşma tam fərqli olacaq. Kifayət qədər qol şanslarımızın olacağını düşünürəm. Şans hesabına olsa belə, qollar vurmaq lazımdır. Necə ki, Belçika seçməsi bunu bizimlə oyunda etdi”.
Martın 27-də Solna şəhərində keçiriləcək İsveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
