Avropa ÇempionatıTürkiyə

Arda ​​Ronaldonu ötməsindən danışdı

Türkiyə millisinin hücumçusu Arda Gülər ​​Avropa Çempionatında debütündə qol vuran ən gənc futbolçu olmasına münasibət bildirib.

Aut.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan 19 yaşlı futbolçu bu sözləri deyib:

“Məni şəxsi nailiyyətlər maraqlandırmır. Komandama tam sadiqəm və öz töhfəmi verməkdən xoşbəxtəm”.

Qeyd edək ki, Gülər ​​Gürcüstan millisi ilə matçda qol vuraraq portuqaliyalı futbolçu Kriştiano Ronaldoya məxsus rekordu yeniləyib.

Aut.az