İspaniya

Yeni faktlar: Oğlu da “Barsa”lılara tövsiyə verib

“Barselona”nın futbolçularına müəyyən hakimlərin idarəçiliyində necə oynamaq barədə məsləhətlər verilib.

Aut.az xəbər verir ki, Neqreyranın oğlu Xavyer Enrikes Romero Kataloniya klubuna oyunçularına bəzi hakimlərlə necə davranmaq lazım olduğuna dair hesabatlar göndərib.

Bu barədə “Marca” məlumat yayıb. Məsələn, Neymara İqnasio İqlesias Villanuevanın idarə etdiyi matçlarda rəqib oyunçularla təmasları şişirtməmək tövsiyə olunub. Eyni şey hakimlər Antonio Mateu Laos və David Fernandez Borbalan üçün də keçərli sayılıb.

Bundan əlavə, Jordi Alba və Serji Busketsə hakimlərlə mübahisə etməmək, Luis Suaresə isə İnyaki Bikandi Qarridonun hakimlik etdiyi matçlarda mübahisə etməmək və nümunəvi davranmaq tövsiyə olunub.

Hesabatda qeyd olunub ki, baş hakim Xose Munuera Montero xüsusilə Jerar Pikeyə qarşı sərt davranıb.

Xatırladaq ki, Barselona prokurorluğu kluba və onun keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Roselə qarşı texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Henrikes Neqreiraya ödənişlərdə mümkün korrupsiya faktı ilə bağlı iddia qaldırıb.

Aut.az