Dünya futboluİngiltərə

Məşhur braziliyalı İngiltərə klubunu alır

“Milan” və Braziliya millisinin keçmiş hücumçusu Aleşandr Pato İngiltərənin İkinci Liqa klubu “Kolçester Yunayted”i almaqda maraqlı olan konsorsiumun üzvüdür.

Aut.az xəbər verir ki, BBC-nin məlumatına görə, Çempionşip təmsilçisi 36 yaşlı Patonun şənbə günü keçirilən ev oyununda klubun hazırkı sahibi Robbi Koulinqlə birlikdə iştirak etdiyini təsdiqləyib.

Mənbənin məlumatına görə, razılaşma mümkündür, lakin yaxın vaxtlarda rəsmi açıqlama gözlənilmir. Klubu almaq üçün Amerika şirkəti “Lightwell Sports Group” ilə əvvəlki danışıqlar ötən ilin iyun ayında uğursuz olmuşdu.

Aleşandro Pato Braziliya millisində 27 oyun keçirib və 10 qol vurub. O, həmçinin ölkəsini 2012-ci il London Olimpiadasında təmsil edib və Braziliya komandası “Uembli” stadionunda finalda Meksikaya məğlub olaraq gümüş medal qazanıb.

2023-cü ildə Pato “San Paulu” ilə müqavilə imzalasa da, ötən ilin əvvəlində oyunçu karyerasına son qoyub.

Aut.az