Özbəklər təsdiqlədi: Əfsanə ilə danışıqlar gedir
Özbəkistan Futbol Assosiasiyası (ÖFA) italyan mütəxəssis Fabio Kannavaro ilə danışıqlar aparıldığını açıqlayıb.
Aut.az xəbər verir ki, qurum bununla bağlı bəyanat yayıb:
“Özbəkistan millisi tarixdə ilk dəfə futbol üzrə dünya çempionatına vəsiqə qazanıb. Bu tarixi nəticə ölkə futbolunda yeni səhifə açır. Lakin növbəti prioritet dünya çempionatına ciddi hazırlıq və turnirdə layiqli iştirakın təşkili olacaq.
Futbol Assosiasiyası bu istiqamətdə bütün sahələr üzrə sistemli işlərə başlayıb. Milliyə beynəlxalq təcrübəyə malik, dünya çempionatlarında çıxış etmiş mütəxəssislərin cəlb olunması istiqamətində addımlar atılır. Bu çərçivədə rəhbərlik son illərin ən parlaq ulduzlarından biri, dünya çempionu, 2006-cı ilin dünyanın ən yaxşı futbolçusu seçilmiş italyan mütəxəssis Fabio Kannavaro ilə danışıqlar aparır”.
Aut.az
