Dünya futbolu

İnsanların məni görməyə gələcəyini deyirdilər: Tanrı seçdi

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi təbii futbol istedadı haqda danışıb.

Aut.az xəbər verir ki, Messi bu barədə “Clank”a müsahibəsində deyib.

“Gənc yaşlarımdan mənə həmişə fərqli olduğumu və insanların məni görməyə gələcəyini deyirdilər.  O vaxtlar bunu dərk etmirdim. Tanrı məni seçdi, bunu mənə hədiyyə etdi. Mən bundan istifadə etdim, bundan maksimum fayda əldə etmək üçün mümkün olan hər şeyi etdim”, – Messi bildirib.

Messinin 37 yaşı var. O, 8 dəfə “Qızıl top”u qazanıb. Lionel 2023-cü ildən “İnter Mayami”də çıxış edir. Futbolçunun Amerika klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir. Hazırda Transfermarkt portalının məlumatına görə, argentinalının transfer dəyəri 34 milyon avro qiymətləndirilir.

Xatırladaq ki, Amerika Kuboku 2024 iyunun 21-dən iyulun 15-dək ABŞ-da keçirilir. Argentina millisi A qrupunda Peru, Çili və Kanada ilə mübarizə aparır.

Aut.az