Ürəyinə görə xəstəxanaya yerləşdirilən ulduz futbolçudan xəbər var
“Çelsi”nin sabiq yarımmüdafiəçisi, hazırda Braziliyanın “San Paulo” klubunda çıxış edən Oskar xəstəxanadan buraxılıb.
Aut.az xəbər verir ki, bu barədə klubun sosial media hesabında məlumat yayılıb.
Futbolçu noyabrın 12-də müntəzəm tibbi müayinə zamanı ürəyində aşkarlanan problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.
“Oskar bazar günü xəstəxanadan evə buraxılıb. Futbolçu müayinə zamanı ürəyində dəyişikliklər şəklində fəsadlar yarandıqdan sonra xəstəxanaya yerləşdirilmişdi. Xəstəxanada aparılan hərtərəfli müayinə futbolçunun vazovagal bayılma epizodundan əziyyət çəkdiyini təsdiqləyib.
Xəstənin vəziyyəti stabildir və xəstəxanada olduğu müddətdə özünü yaxşı hiss edib. İdmançı artıq bir neçə gün müddətində həkimlər tərəfindən izlənəcək”, – məlumatda deyilir.
Aut.az
