Salah daha bir rekordu təkrarladı
“Liverpul”un hücumçusu Məhəmməd Salah daha bir rekorda imza atıb.
Aut.az xəbər verir ki, misirli vinger “Sauthempton”la matçda (3:1) dubl edərək buna nail olub. 32 yaşlı futbolçu cari mövsüm Premyer Liqada “qırmızılar”ın heyətində 44 qolun vurulmasında birbaşa iştirak edib. O, 27 top vurubvə 17 məhsuldar ötürmə edib.
“Squawka”nın məlumatına görə, bu, “Arsenal”ın əfsasəni Tyerri Anriyə (2002/03) və “Mançester Siti”dən norveçli Erlinq Haalanda (2022/23) məxsus olan 38 turluq format üzrə çempionat rekordunun təkrarıdır.
Qeyd edək ki, Salah Premyer Liqanın geridə qalan 9 turunda ən azı bir qolun vurulmasında iştirak etsə, yeni rekordçu olacaq.
Aut.az
