Onunla yatmaq istəyən azarkeşdən qorunmaq üçün görün nələr edir
“Liverpul”un və İngiltərə millisinin müdafiəçisi Trent Alexander-Arnold onu narahat edən azarkeşdən qorumaq üçün mühafizəçi tutub.
Aut.az “The Sun”a istinadən xəbər verir ki, futbolçu ötən il onun arxasınca bazaya, stadiona və sevimli restoranına gedən bir qızın təqibindən əziyyət çəkir. Adı açıqlanmayan fanat onunla cinsi əlaqədə olmaq arzusundadır.
Trent tez-tez ədəbsiz mesajlar aldığı xanım azarkeşdən videomüşahidə sistemləri quraşdıraraq, telefon nömrələrini və e-poçt ünvanını dəyişdirərək təkbaşına xilas olmağa çalışıb.
İndi o, xüsusi cangüdən tutyb. O, sosial şəbəkələrdə yerini və səyahət marşrutlarını göstərməmək üçün polisdən tövsiyələr alıb. Klub da vəziyyətdən xəbərdardır və futbolçuya köməklik göstərir.
