Ronaldo dırnaqlarını niyə boyayır? – Səbəb üzə çıxdı – FOTO
“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo sosial şəbəkədə yeni fotosunu yayımlayıb.
Aut.az xəbər verir ki, fotoda futbolçu idman zalında oğlu ilə ayaqyalın dayanaraq gövdəsini gövdəsini nümayiş etdirib. Bir çox izləyici Ronaldonun sol ayağındakı qara boyalı dırnaqlara diqqət edərək təəccübləniblər.
“Bild”in məlumatına görə, Kriştiano ayaq dırnaqlarını yalnız tibbi məqsədlər üçün rəngləyir. O, idmançı kimi çox vaxtını tərli idman ayaqqabısı və çəkmələrində vaxt keçirir. Xüsusi örtük qoruyucu təbəqə yaradaraq çatların və göbələyin qarşısını alır.

