“Barsa”lı azarkeşlərə qəzəbləndi: Niyə hər gün burada durursunuz? – VİDEO
“Barselona”nın futbolçusu Joao Kanselo maraqlı video ilə gündəmə gəlib.
Aut.az xəbər verir ki, olduqca əsəbi görünən portuqaliyalı müdafiəçi klubun bazasının yaxınlığında onu gözləyən oğlanları danlayıb. Joao onları hər gün gördüyünə görə narazılıq edib.
“Çox yorulmuşam, Allahım. Hər gün burada durursan. Niyə hər gün maşınımı burada saxlamalıyam?” – deyə Kancslo şikayət edib.
Bununla belə Joao azarkeşlərin onunla şəkil çəkdirməsinə könülsüz şəkildə olsa belə icazə verib. Ancaq onları cəld olmağa çağırıb.
